"Səbail"in daha 2 rəqibi müəyyənləşib


İdman 08 Yan 2018 21:11:00 277 0

"Səbail"in daha 2 rəqibi müəyyənləşib

“Səbail” futbol komandasının qış hazırlıq dönəmində yoxlama oyunu keçirəcəyi daha iki rəqibi müəyyənləşib. Goal.az xəbər verir ki,  klub  yanvarın 11-də I Divizion təmsilçisi “Sabah”la qarşılaşacaq. “Bayıl Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. Samir Əliyevin rəhbərlik etdiyi kollektivin digər rəqibi Ukraynanın “Çernomorets” komandası olacaq. Odessalılarla görüş yanvarın 23-də Türkiyədə baş tutacaq.

Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək “Səbail” yanvarın 15-də MOİK, 18-də isə “Sumqayıt”la qarşılaşacaq. Antalya bölgəsində baş tutacaq ikinci mərhələdə isə 4 görüş nəzərdə tutulub. Bakılılar “Çernomorets”lə yanaşı, yanvarın 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə üz-üzə gələcəklər. Digər rəqibin adı və oyunun vaxtı yaxın günlərdə bəlli olacaq.