Koutinyo: "Məqsədim futbol oynamaq, titullar qazanmaq, azarkeşləri sevindirməkdir"


İdman 08 Yan 2018 17:52:00 298 0

Koutinyo: "Məqsədim futbol oynamaq, titullar qazanmaq, azarkeşləri sevindirməkdir"

"Barcelona" yanvarın 8-də Filippe Koutinyonu ictimaiyyətə təqdim edib. Goal.az xəbər verir ki, braziliyalı futbolçu "Camp Nou"da keçirilən mərasimdə bunları deyib:

"Çox xoşbəxtəm. Həmişə bu arzumu dilə gətirmişəm. Məqsədim futbol oynamaq, titullar qazanmaq, azarkeşləri sevindirməkdir. Leo Messi, İniesta, Pike, Buskets kimi tarix yazan kumir futbolçularla əhatə olunmaq inanılmaz hissdir. Onlarla birlikdə oynamaq fikri məni xoşbəxt edir. Onlardan öyrənmək, birlikdə yaşamaq və qalib gəlmək istəyirəm".