"Manchester City"nin sabiq futbolçusu "Kəpəz"in düşərgəsində


İdman 08 Yan 2018 14:50:00 281 0

"Manchester City"nin sabiq futbolçusu "Kəpəz"in düşərgəsində

"Kəpəz”in düşərgəsinə yeni futbolçu qoşulub.

Yunis Hüseynovun baxışa çağırdığı Aleks Nimeli dünən Bakıya gəlib. Liberiya əsilli ingilis futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb. 26 yaşlı hücumçu Bakı toplanışı ərzində baş məşqçinin etimadını qazansa, onunla müqavilə imzalanacaq və futbolçu hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə aparılacaq.

Qeyd edək ki, Nimeli karyerası ərzində əsasən İngiltərədə oynayıb. Vətənində “Coton de Garoua”da 9 oyuna 5 qol vuran forvard 2008–2014-cü illərdə “Manchester City”nin üzvü olub. Burada cəmi 1 matça çıxan futbolçu “Midlesbrough”, “Coventry”, “Crystal Palace” və “Port Veyl”də 29 oyunda 1 dəfə fərqlənib. Daha sonra Rumıniyaya yollanan forvard “Poli Timişoara”da 10 matçda 3 qol vurub. Ardınca ölkənin digər təmsilçisi “Vitorul”a keçib (18 oyun, 4 qol). Ötən il Norveç “Stabek”ində 13 matçda 2 dəfə fərqlənən Nimeli İngiltərənin U-20 yığmasında da çıxış edib (3 oyun, 1 qol).