Arda Turanın yeni klubu müəyyənləşdi


İdman 08 Yan 2018 13:21:00 279 0

Arda Turanın yeni klubu müəyyənləşdi

"Barcelona"nın futbolçusu Arda Turanın yeni klubunun adına aydınlıq gəlib.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cari mövsümdə La Liqada heç bir oyuna çıxmayan yarımmüdafiəçi Superliqa təmsilçisi "Başakşehir"lə razılıq əldə edib.  İstanbul klubu "Barcelona" ilə razılıq əldə edərsə, transfer tamamlanacaq.

Arda Turanın "Arsenal", "Everton" və "Milan"a keçmək variantları da mövcud idi.