Amerikalı legioner yığmamıza medal qazandırdı


İdman 08 Yan 2018 13:00:00 280 0

Amerikalı legioner yığmamıza medal qazandırdı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə fiqurlu konkisürmə üzrə növbəti beynəlxalq turnir keçirilib. “FBMA Trofi-2018”də Azərbaycan da təmsil olunub.

Ölkəmizin şərəfini milliləşdirilmiş amerikalı Morqan Flud qoruyub. Bir müddət öncə komandamıza cəlb edilən 18 yaşlı legioner qadınların mübarizəsində qüvvəsini sınayıb. Məcburi proqramda 3-cü olan Flud sərbəst çıxışda daha inamlı rəqs edərək, 2-ci olub. Yekunda 126,30 xal yığan təmsilçimiz gümüş medala layiq görülüb. O, çempion Emmi Peltonendən (Finlandiya) 22,94 xal geri qalıb. Flud topladığı 126,30 xalla karyerasının rekordunu da vurub.

Qeyd edək ki, konkisürənimiz yanvarın 15-21-də Rusiyada keçiriləcək Avropa çempionatına yığmamızın ehtiyat siyahısında yer alacaq.