Useyn Bolt: "Martda "Borussia"nın düşərgəsində baxışda olacam"


İdman 08 Yan 2018 11:23:00 275 0

Useyn Bolt: "Martda "Borussia"nın düşərgəsində baxışda olacam"

Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu Useyn Bolt peşəkar futbol karyerasına başlamaq arzusundadır. Goal.az xəbər verir ki, yamaykalı sprinter yazda baxışdan keçəcəyini qeyd edib.

"Zədə geridə qaldı, yenə yaxşı formadayam. Martda "Borussia"nın düşərgəsində baxışda olacam. Bundan sonra futbol karyerama başlamağın nə dərəcədə real olması müəyyənləşəcək. dortmund klubunda mənə desələr ki, hələ məşq etmək lazımdır, buna əməl edəcəm. "Manchester United"lə müqavilə imzalamaq arzum var. Aleks Ferqyussonla danışdım və mənə görə "United"dən söz almasını istədim. Dedi ki, lazımınca hazırlaşsam və formada olsam, bir şey etməyə çalışacaq".