"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı


İdman 08 Yan 2018 11:02:00 310 0

"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı

Cenk Tosunu 27 milyon avroya "Everton"a satan "Beşiktaş" ona əvəzləyici tapıb.

Goal.az xəbər verir ki, bir neçə futbolçu ilə maraqlanan İstanbul klubu kanadalı hücumçu Cyle Larin ilə anlaşıb.

MLS-də "Orlando City"də forma geyinən 22 yaşlı futbolçu ilə 3+1 illik müqavilə bağlanılacaq. Futbolçu Türkiyəyə gəlib müqavilə imzalayacaq və çərşənbə günü baş tutacaq məşqdə iştirak edəcək.

Xatırladaq ki, Yamayka əsilli futbolçu ötən mövsüm meydana çıxdığı 28 oyunda 12 qol, 3 asisstlə yadda qalıb.