Koutinyonun "Barcelona"ya transferi Braziliya klubuna da pul qazandırıb


İdman 07 Yan 2018 17:34:00 282 0

Koutinyonun "Barcelona"ya transferi Braziliya klubuna da pul qazandırıb

"Barcelona" yanvarın 6-da Filippe Koutinyonun transferini rəsmiləşdirdi. Transfer katalonlara , bonuslar daxil olmaqla 160 milyon avroya başa gələcək. Goal.az xəbər verir ki, bu məbləğin 2.5%-i braziliyalı futbolçunu yetişdirən "Vasco Da Gama" klubuna ödəniləcək. Bu isə 4 milyon avro təşkil edir. "Barcelona" bunu 30 gün ərzində "Vasco"nun hesabına köçürməlidir.

Qeyd edək ki, "Liverpool" klubu Koutinyonun formasını əldə edən bütün azarkeşlərə 50 funt dəyərində vauçerlər göndərib.