"Napoli"nin futbolçusu A Seriyasının tarixinə düşdü


İdman 07 Yan 2018 16:33:00 287 0

"Napoli"nin futbolçusu A Seriyasının tarixinə düşdü

"Napoli"nin hücumçusu Xose Kallexon İtaliya A Seriyasında özünəməxsus rekorda imza atıb. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu "Verona" ilə qarşılaşmada (2:0) fərqlənməklə A Seriyasının tarixində ən sərrast ispan futbolçu statusunu qazanıb. Qollarının sayını 52-ə çatdıran Kallexon 1960-cı ildə "Qızıl top" mükafatını qazanan Luis Suarez Miramontesi ("İnter, "Sampdoria", 51 qol) geridə qoyub. İspan futbolçu 2013-cü ildə "Real"dan Neapol klubunun heyətinə qoşulmuşdu.