Alleqrinin "Juventus" və A Seriyasında yubiley qələbəsi


İdman 07 Yan 2018 15:53:00 232 0

Alleqrinin "Juventus" və A Seriyasında yubiley qələbəsi

İtaliya A Seriyasının 20-ci turunda "Cagliari"nin qonağı olan "Juventus" Bernardeskinin yeganə qolu ilə qalib gəlib. Goal.az xəbər verir ki, bu qələbə "qoca senyora"nın baş məşqçisi Massimiliano Alleqrinin A Seriyasında, ümumilikdə 200-cü zəfəri olub. 2014-cü ildən "Juventus"a rəhbərlik edən 50 yaşlı mütəxəsis Turin klubu ilə 100-cü qələbəyə sevinib. O, "Cagliari" (2008-10) və "Milan"ın (2010-14) da sükanı arxasında olub.