Mourinyonun "kloun" atmacasını Konte cavabsız qoymadı


İdman 06 Yan 2018 11:12:00 316 0

Mourinyonun "kloun" atmacasını Konte cavabsız qoymadı

“Chelsea”nin baş məşqçisi Antonio Konte “Manchester United”li həmkarı Joze Mourinyonun atmacasına cavab verib.

Goal.az xəbər verir ki, italiyan mütəxəssia bu barədə “The Telegraph” nəşrinə açıqlamasında Mourinyoya belə ismarıc yollayıb: “Düşünürəm ki, ola bilsin, Mourinyo bu sözləri məhz öz keçmişi haqqında deyib. Bəzən insanlar keçmişlərini tez unudurlar”.

Belə ki, bir neçə gün əvvəl ingilis jurnalistlər Jozeyə oyun davam edərkən meydanın kənarında matçı soyuqqanlılıqla izləməsi ilə bağlı sual ünvanlamışdılar. O isə cavabında “əgər özümü meydanın kənarında kloun kimi aparmıramsa, bu, o demək deyil ki, matçın ehtirasını yaşaya bilmirəm” – demişdi. Yerli media isə bu sözləri oyun zamanı kifayət qədər çılğın olan Antonio Konte və Yürgen Kloppa atmaca olduğunu vurğulamışdı.