"Roma"nın futbolçusu cərimələnəcək


İdman 04 Yan 2018 14:54:00 230 0

"Roma"nın futbolçusu cərimələnəcək

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolan 100 min avro cərimə olunacaq. Goal.az xəbər verir ki, belçikalı havbek Yeni il gecəsində İnstagram`da açdığı canlı yayımda siqaret çəkməsi və qeyri-etik sözlər işlətməsi səbəbindən cəzalanacaq. Daha sonra videonu hesabından silən Naynqqolan davranışına görə üzr istəmişdi. O, "Roma"nın "Atalanta" ilə qarşılaşmasını (6 yanvar) da buraxacaq.