Mayk Tayson marixuana yetişdirmək üçün sahə aldı


İdman 03 Yan 2018 17:44:00 338 0

Mayk Tayson marixuana yetişdirmək üçün sahə aldı

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ABŞ-da marixuana yetişdirmək üçün sahə alıb. 16 hektardan çox ərazi Kaliforniya ştatında yerləşir.

Burada yanvarın 1-dən marixuananın müalicə məqsədilə istifadə üçün satışına icazə verilib. 2016-cı ilin noyabrından ştatın 21 yaşdan yuxarı sakinləri marixuana çəkməyə, şəxsi istifadə üçün yetişdirməyə, habelə, az miqdarda narkotik maddə saxlamağa icazə alıblar.

Sahənin yarısını marixuana plantasiyası tutacaq. Habelə, Tayson onun yenidən işlənilməsi, yeni sortlarının üzə çıxarılması məqsədilə zavod açmaq niyyətindədir. Taysonun şirkəti marixuananın tibbi sahədə istifadəsinin araşdırılması ilə də məşğul olacaq.

Qeyd edək ki, Mayk Tayson mütləq çəkidə dünyanın ən güclü boksçularından olub. O, hələ də yenilənməsi mümkün olmayan çoxsaylı rekordlar müəyyənləşdirib. Tayson ən gənc dünya çempionu (20 yaş 144 gün) və ən gənc mütləq dünya çempionu (21 yaş) sayılır. ABŞ boksçusu karyerasını 2005-ci ildə başa vurub. 

"The Blast"