Buffonu o əvəzləyəcək


İdman 03 Yan 2018 11:19:00 321 0

Buffonu o əvəzləyəcək

“Juventus”un baş məşqçisi Massimiliano Alleqri Canluici Donnarummanın mümkün transferi haqqında danışıb.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu variantı təkzib etməklə yanaşı, Buffonun karyerasını bitirməsindən sonra əsas qapıçının kim olacağını da deyib: “Buffonu Voyslav Şesnı əvəz edəcək. Bu haqda dəfələrlə danışmışam. Biz çox yaxşı transfer edərək polşalı qapıçını heyətimizə cəlb elədik. Donnarumma isə “Milan”ın oyunçusudur və onun öz yolu var”.

Qeyd edək ki, əfsanavi qapıçı Canulici Buffonun mövsümün sonunda karyerasını bitirəcəyi gözlənilir.