Fransalı futbolçu bir neçə klubun hədəfində


İdman 02 Yan 2018 17:12:00 273 0

Fransalı futbolçu bir neçə klubun hədəfində

Fransa millisi və "Real"ın sabiq üzvü Lassana Diarra yenidən bir neçə Avropa nəhənginin maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, onun xidmətlərində PSG və "Manchester United"lə yanaşı, "Saint Etienne" də maraqlıdır. Diarranın son klubu 2017-ci ilin iyul-dekabr periodunda çıxış etdiyi "Al Jazira" olub. Dekabrda tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmışdı.