"Liverpool"un məşqçisi Hollandiya klubunda


İdman 02 Yan 2018 13:49:00 351 0

"Liverpool"un məşqçisi Hollandiya klubunda

"Liverpool"un məşqçisi Pepeyn Leynders klubu tərk edib. Goal.az xəbər verir ki, 34 yaşlı mütəxəsis fəaliyyətini vətəni Hollandiyada davam etdirəcək. Leynders "NEC Nijmegen" klubuna baş məşqçi təyin olunub. Tərəflər 1.5 illik müqaviləyə imza atıblar. Anlaşmanın daha bir artırılması mümkündür.

Leynders 2014-cü ildə "Liverpool"un akademiyasında işə başlamışdı. 2015-ci ildən o, klubun əsas komandasında çalışırdı.