Serbiya yığmasında yeni baş məşqçi


İdman 30 Dek 2017 13:22:00 290 0

Serbiya yığmasında yeni baş məşqçi

Serbiya yığmasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, komandanın baş məşqçi postuna Mladen Krstaiç gətirilib. O, bu vəzifədə Slavolyub Muslini əvəz edib. Muslin Serbiyanı DÇ-2018-ə çıxarsa da, yığmadan ayrılıb.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis daha öncə Serbiya yığmasında məşqçi kimi çalışıb. Futbolçu karyerasında müdafiəçi olan Krstaiç "Partizan", "Verder" və "Şalke" kimi klublarda çıxış edib və Serbiya millisində 58 oyun keçirib.