Montella La liqa klubunu çalışıdıra bilər


İdman 29 Dek 2017 12:52:00 318 0

Montella La liqa klubunu çalışıdıra bilər

İtaliyann "Milan" klubunun keçmiş baş məşqçisi Vinçentso Montella İspaniya "Sevilla"sını çalışdıracaq.

Goal.az xəbər verir ki, bu barədə İspaniya komandasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, tərəflər 2019-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqaviləyə dair prinsipial razılaşma əldə ediblər.

Montella ictimaiyyətə rəsmi olaraq 30 dekabr tarixində təqdim olunacaq, ardınca isə komanda ilə ilk məşqini keçirəcək.

Montella "Milan"dan qeyri-qənaətbəxş nəticələrə görə noyabrın sonunda kənarlaşdırılıb.