Maklaren İsrail klubunu tərk edib


İdman 28 Dek 2017 17:37:00 281 0

Maklaren İsrail klubunu tərk edib

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklaren işsiz qalıb. Goal.az xəbər verir ki, avqustda Tel-Əviv "Maccabi"sinin məşqçilər korpusuna daxil olan təcrübəli mütəxəsis klubu tərk edib.

"Təəssüf edirəm ki, "Maccabi"dəki işimi buraxıb İngiltərəyə qayıtmalıyam. Kluba təyinatıma təşəbbüs edən və yeni təcrübə qazanmağıma imkan verən insanlara təşəkkür etmək istəyirəm. Son 1 neçə ayda komanda daha da yetkinləşib. Tel-Əvivi sevdim, İsraildə çoxlu dostlar əldə etdim. Ümid edirəm, komanda çempion olanda yenidən geri qayıdacam" - Maklaren deyib.

İsrail çempionatında geridə qalan 15 turdan sonra "Maccabi" 29 xalla 4-cü yerdədir.