İDDİA: Ronaldo "Qızıl top" mükafatını geri qaytarmaq istəyir


İdman 28 Dek 2017 14:40:00 317 0

İDDİA: Ronaldo "Qızıl top" mükafatını geri qaytarmaq istəyir

İspaniyanın "Mundo Deprtivo" nəşri maraqlı iddia ilə çıxış edib. Goal.az xəbər verir ki, məsələ Ronaldo ilə bağlıdır. Bu il 5-ci dəfə "Qızıl top"a sahib çıxan portuqaliyalı ulduz dekabrın 23-də baş tutan "El Clasico"dan sonra mükafatı Messiyə vermək istəyib. Derbidə 0:3 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağına gedən Ronaldo komanda yoldaşlarına: "Bu mükafata layiq deyiləm. Onu geri göndərəcəm" - deyib. Ailəsi ilə Milad bayramını keçirəndən sonra onun fikrini dəyişəcəyini gözləyənlər yanılıb. Ronaldo "France Football" nəşrinin redaktoru ilə əlaqə saxlayıb.

"Futbol tarixinin ən yaxşısı olduğunu demişdim. Amma hamı şashid oldu ki, ən yaxşı Messidir. Mükafatı geri qaytarmaq istəyirəm" - 32 yaşlı hücumçu deyib.

Qeyd olunur ki, Ronaldonun ailəsi, yaxınları və dostu Badr Hari də onu fikrindən döndərə bilməyib. Ronaldonun "El Clasico"da Messini dostcasına yerdən qaldırması, oğlunun isə sosial şəbəkədə argentinalı futbolçu ilə bağlı paylaşımlara yer verməsi də bununla izah olunur.