"Tottenham" Keynin məvacibini artıracaq


İdman 28 Dek 2017 12:30:00 293 0

"Tottenham" Keynin məvacibini artıracaq

"Tottenham" mövsümün sonunda Harri Keynlə yeni müqavilə imzalamaq üçün danışıqlar aparmaq niyyətindədir. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, London klubu 24 yaşlı forvardın məvacibini artırmağı planlaşdırır. Bu, 2014-cü ildən bəri Keynin məvacibində 4-cü artım olacaq. Hazırda ingilis futbolçu həftədə 110 min funt qazanır. O, "Tottenham"in ən ödənişli futbolçusudur.

Harri Keyn 2017-ci ili 56 qolla başa vurur. O, Premyer Liqada təqvim ilində 6 het-trik edərək liqanın tarixinə düşüb.