"Arsenal"dan "Real"ın futbolçusuna təklif


İdman 27 Dek 2017 18:11:00 301 0

"Arsenal"dan "Real"ın futbolçusuna təklif

"Arsenal" növbəti dəfə "Real"ın hücumçusu Kərimm Benzemanı transfer etmək fikrinə düşüb. Goal.az "Don Balon"a istinadən xəbər verir ki, "topçular" fransalı forvardı mövsümün sonunda heyətinə qatmağa ümid edir. London klubu bu mövsüm qeyri-məhsuldar çıxış edən Benzemaya görə qarşı tərəfə 40 milyon avro təklif edib. Madrid klubunun prezidenti Florentino Perezin hücum xəttinə yeni nəfəs gətirmək istədiyi və Benzemanın satılmasını götür-qoy etdiyi bildirilir. 30 yaşlı futbolçu bir neçə il öncə də Arsen Venqerin transfer siyahısına daxil idi. Həmin vaxt "Real" onu komandada saxlamışdı.