"Manchester United"in futbolçusu milli karyerasını başa vuracaq


İdman 27 Dek 2017 13:30:00 278 0

"Manchester United"in futbolçusu milli karyerasını başa vuracaq

"Manchester United"in yarımmüdafiəçisi Maruan Fellaini 2018-ci il dünya çempionatından sonra milli karyerasını başa vuracaq. Goal.az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu yerli mətbuata müsahibəsində danışıb.

"Rusiyada keçiriləcək dünya çempionatı Belçika millisi ilə son böyük turnirim olacaq. Artıq 12 ildir milli komandanın formasını geyinirəm. Hazırda Vensan Kompani, Tomas Vermalen və Mussa Dembele ilə birlikdə Belçikanın ən yaşlı futbolçularından biriyəm. Belçika və ya İngiltərədə heç nə sübut etməyimə ehtiyac yoxdur".

Fellaini milli komandanın heyətində 80 oyun keçirib və 16 qol vurub. Onun 2018-ci ilin yayında klubunu dəyişməsi də gözlənilir.