Hemilton: "Məni Bakı Qran-prisində Fettelin hərəkətinə haqq qazandıranlar əsəbiləşdirdi"


İdman 25 Dek 2017 12:00:00 274 0

Hemilton: "Məni Bakı Qran-prisində Fettelin hərəkətinə haqq qazandıranlar əsəbiləşdirdi"

"Mercedes"in pilotu Lüis Hemilton etiraf edib ki, onu Bakıda keçirilən Azərbaycan Qran-prisi zamanı Sebastyan Fettelin hərəkətindən çox, alman pilotun bunu qəsdən etmədiyini deyən insanlar bərk hirsləndirib.

Goal.az xəbər verir ki, bunu Hemilton "Sky Sports"a bildirib.

"Hesab edirəm ki, bu vəziyyətdə ən pis olan şey, mənim Bakıdakı yarışdan sonra söhbət etdiyim ayrı-ayrı şəxslərin Fettelin bunu heç də qəsdən etmədiyini demələri idi. Mən onlara cavab verdim: "Bəs siz bilirsinizmi ki, biz ikimiz də avtonəqliyyat vasitəsi ilə yarışırıq və düz xətt üzrə maşını necə sürməli olduğumuzu bilirik?", - deyə o söyləyib.

Bunu, yeri gəlmişkən yüksəkvəzifəli stüardlar deyirdilər, sonra isə onlar etiraf etdilər: "Bəli, bəlkə də sən haqlısan". Mən isə onlara cavab verdim: "Siz ümumiyyətlə hansı yarışa baxmısınız?".