"El Clasico"da Lionel Messi imzası


İdman 24 Dek 2017 10:49:00 292 0

"El Clasico"da Lionel Messi imzası

İspaniya La Liqasının 17-ci turu "Real Madrid" - "Barcelona" oyunu ilə əlamətdar olub. "El Clasico"da katalon klubu 3 cavabsız qolla qalib gəlib. Goal.az xəbər verir ki, bu, Zidanın "Real"ın baş məşqçisi kimi ən böyükhesablı derbi məğlubiyyəti olub. Matça damğa vuran isimlərdən biri Lionel Messi olub. Bir qol, bir məhsuldar ötürmənin müəllifi olan argentinalı ulduz oyun ərzində 8 kəskin ötürmə verib. Bu, "Real" futbolçularının verdiyi kəskin ötürmələrin sayına bərabərdir. Maraqlıdır ki, Messi 3-cü qolun məhsuldar ötürməsini verərkən epizod öncəsi rəqib oyunçu ilə mübarizəyə görə sağ ayağının butsu çıxıb.

Bu mövsüm Messi hər oyuna orta hesabla 5.5 kəskin ötürmə verir. Analoji göstəriciyə əsasən ulduz futbolçu Avropanın "Böyük beşlik" liqalarında liderdir.