Kurtua dünyanın ən ödənişli qapıçısı ola bilər


İdman 22 Dek 2017 16:30:00 264 0

Kurtua dünyanın ən ödənişli qapıçısı ola bilər

İngiltərənin “Chelsea” klubu Tibo Kurtuanı dünyanın ən ödənişli qapıçısı etməyə hazırlaşır.

Goal.az “The Telegraph”a istinadən xəbər verir ki, London təmsilçisi bonuslar da daxil olmaqla, 25 yaşlı belçikalı qapıçının həftəlik 100 min funt sterlinq olan məvacibini ikiqat artırmağa hazırdır.

Bildirilir ki, Kurtua təklifi qəbul edərək, “Chelsea” ilə 2023-cü ilin iyununa qədər müqavilə bağlayacaq. Onun mövcud sözləşməsinin müddəti 2019-cu ilin yayınadəkdir.

Qeyd edək ki, Tibo Kurtua “Çelsi”iyə 2011 – 2014-cü illərdə formasını geyindiyi İspaniya “Atletico”sundan keçib.