Türkiyəli millət vəkili: "Futbolumuz uçuruma gedir"


İdman 21 Dek 2017 16:24:00 287 0

Türkiyəli millət vəkili: "Futbolumuz uçuruma gedir"

Futbol üzrə Türkiyə millisinin sabiq üzvü, millət vəkili Saffet Sancaklı parlamentdə çıxışı zamanı futbol klublarının problemlərinə diqqət çəkməyə çalışıb. Goal.az xəbər verir ki, Sancaklı Türkiyə Futbol Federasiyasını da tənqid edib.

"Superliqada mübarizə aparan "Fenerbahçe", "Galatasaray", "Beşiktaş" və "Trabzonspor"un toplam borcu 7 milyard TL-ə çatır. Onların maliyyə durumu 2-i Liqada oynamağa imkan verir. "Financial fair play" bunu deyir. Gün gələcək "dörd böyüklər" aşağı dəsətəyə göndəriləcək. Həmin gün uzaqda deyil.

"Ortada uçuruma gedən türk futbolu var. Buna müdaxilə edilməlidir. Klublarla bağlı məsələ tez bir zamanda müzakirəyə çıxarılmalıdır. Bu müzakirə 7 ildir növbə gözləyir. Niyə? Orda bir maddə var, klub prezidentləri fəaliyyət dönəmində yaranan borclara görə məsuliyyət daşıyacaqlar. Türkiyə idmanı və futbolu pis idarə olunur.

"Yaxında 4 əsas klubu Superliqada görməyə bilərsiniz. Xahiş edirəm, biraz tez tərpənin. 7 klubumuz son 5 ildə Avrokuboklardan 14 il müddətinə diskvalfikasiya olundu. Səbəblərdən biri də maliyyə durumudur. Ona görə Avropa kuboklarında iştirak edə bilməyən klublarımız artıb. FİFA və UEFA bunu bağışlamır. Xalları silir, cəzalandırır. Bəs, ölkənin futbol federasiyası hansı işə baxır?"