Araz Abdullayevin komandası liderliyi əldən verdi


İdman 21 Dek 2017 12:53:00 253 0

Araz Abdullayevin komandası liderliyi əldən verdi

Kipr çempionatında 17-ci turun oyunları keçirilib. Goal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Anorthosis” doğma meydanda Nikosiya APOEL-i ilə qarşılaşıb. Qonaqlar oyundan 3:0 hesablı qələbə ilə ayrılıb. Araz meydana start heyətdə meydana çıxıb və sonadək oynayıb. Bu məğlubiyyətdən sonra "Anorthosis" 2-ci pilləyə düşüb. Səfərdə "AEL Limassol"la qolsuz bərabərə qalan "AEK Larnaca" isə liderliyi ələ keçirib. APOEL "ilk üçlüyü" qapayır.