"Səbail" Bolqarıstan və Serbiya klubları ilə qarşılaşacaq


İdman 20 Dek 2017 16:56:00 247 0

"Səbail" Bolqarıstan və Serbiya klubları ilə qarşılaşacaq

"Səbail” Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi iki rəqibi müəyyənləşib. Goal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 26-da Serbiyanın “Napredak”, yanvarın 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə qarşılaşacaq. Ümumilikdə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Digər 2 rəqibin adına yaxın vaxtlarda aydınlıq gələcək.  

Qeyd edək ki, hazırda istirahətdə olan “Səbail” yanvarın 3-də Bakıda bir araya gələcək. İki günlük tibbi yoxlanışdan sonra hazırlıq prosesinin I mərhələsinə start veriləcək. Təlim-məşq toplanışının II mərhələsi isə Türkiyədə olacaq. Yanvarın 20-də səfərə çıxmağı planlaşdıran Premyer Liqanın debütantı fevralın 2-dək Antalya bölgəsində hazırlıq keçəcək.