Ferdinand: "Zaha "Manchester United"də daha bir şans alsaydı..."


İdman 17 Dek 2017 18:55:00 329 0

Ferdinand: "Zaha "Manchester United"də daha bir şans alsaydı..."

"Manchester United"in sabiq kapitanı Rio Ferdinand 3 il öncə Vilfrid Zahanın klubda möhkəmlənə bilməməsinin səbəblərini iah edib. Goal.az xəbər verir ki, veretran müdafiəçi onun kifayət qədər yetişmiş olmadığını bildirib.

"Bəzi transferlərdə həlledici rolu vaxt oynayır. Məhz vaxt futbolçunun uğurlu transfer olub-olmamasını müəyyənləşdirir. Devid Moyes böyük təzyiq altında idi və Zaha onun planarına daxil deyildi. Fikrimcə, vaxt bu məsələdə öz sözünü dedi. Hesab edirəm ki, istedad səviyyəsinə görə Zaha "United"ə uyğun gəlir. Əgər Vilfridə daha bir şans verilsəydi, bəzi şeyləri başqa cür edərdi. Zaha təkbətək mübarizələrdə istənilən futbolçuya qalib gələ bilər. Sadcə həmin vaxt "Manchester United"ə yetkin oyunçular lazım idi. Ötürmələr, cəld qərar vermək, müdafiə xəttini təzyiqdə saxlamaq, mövqe seçimində Zaha artırmalı idi".

"Crystal Palace"in şərəfini qoruyan Zaha 2013/14 mövsümündə "qırmızı şeytanlar" formasını geyinib və cəmi 2 rəsmi oyunda meydana çıxıb.