Prandelli: "İtaliya millisində işləməyə min dəfə razılıq verərdim"


İdman 17 Dek 2017 16:50:00 288 0

Prandelli: "İtaliya millisində işləməyə min dəfə razılıq verərdim"

2010-14-cü illərdə İtaliya millisinin baş məşqçisi olan Çezare Prandelli yenə bu vəzifəni məmnuniyyətlə icra etməyə hazırdır. Goal.az xəbər verir ki, 60 yaşlı mütəxəsis adının "mavi eskadra" ilə hallanması barədə danışarkən bunu bildirib. Prandelli hazırda BƏƏ-nin "An Nasr" klubunda çalışır.

"Təklif mənə uyğun idman layihəsi formasında təqdim olunandan və hansı istiqamətdə getmək lazım olduğunu görəndən sonra bu barədə düşünürədim. İtaliya millisində işləməkdən imtina etmək olmaz. Min dəfə bu təklifə razılıq verərdim. Canpiero Venturaya qarşı böyük hörmətim vardı. İsveçlə matçdan sonra (0:0) ona zəng etmək istədim, amma cürətim çatmadı. Ona grə təəssüflənirdim. Venturaya demək istəyirdim ki, kefini pozmasın. Onun təqsiri yoxdur. Əsas səbəb işləməyn sistemdədir".