"Manchester City"nin futbolçusuna qarşı irqçilik edilib


İdman 17 Dek 2017 13:13:00 313 0

"Manchester City"nin futbolçusuna qarşı irqçilik edilib

"Manchester City"nin yarımmüdafiəçisi Rahim Sterlinqə qarşı dekabrın 16-da klubun məşq bazasının girişində naməlum şəxs tərəfindən irqçilik müamiləsi edilib. Goal.az xəbər verir ki, ingilis futbolçu avtomobilini park edərkən rasist şüarlar eşidib. Sterlinq ünvanına təhqiramiz ifadələr səsləndirən şəxsə yaxınlaşıb və nə baş verdiyini öyrənmək istəyib. Əvəzində onun ayağına zərbə vuran oğlan qaçıb. İnsident müşahidə kameralarına düşüb. "City" bununla bağlı hər hansı açıqlama verməyib.