Dmitri Nazarovun komandası heç-heçə oynadı


İdman 16 Dek 2017 18:51:00 260 0

Dmitri Nazarovun komandası heç-heçə oynadı

Almaniyanın II Bundesliqasında 18-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu da meydana çıxıb. “Heidenheim”ı qəbul edən kollektiv qələbəni son anda əldən verib. Meydan sahibləri 8-ci dəqiqədə hesabı açsalar da, 90+1-ci dəqiqədə rəqib tarazlığı bərpa edib – 1:1. Nəticədə komandalar xalları yarı bölüblər.   Nazarov start heyətində yer alıb və sona qədər meydanda qalıb.  Hazırda aktivində 23 xalı olan “Aue” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.