Pike: "Çempionlar Liqasının finalında "Mancheser City" ilə qarşılaşmaq maraqlı olardı"


İdman 16 Dek 2017 17:16:00 309 0

Pike: "Çempionlar Liqasının finalında "Mancheser City" ilə qarşılaşmaq maraqlı olardı"

"Barcelona"nın müdafiəçisi Jerar Pike "Manchester City" haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, katalon futbolçu Xosep Qvardiolanın komandası ilə Çempionlar liqasının finalında qarşılaşmaq istədiyini qeyd edib.

"Manchester City" əla futbol göstərir. Onlar Premyer Liqada çempionluğa əsas namizəd hesab olunur. Ümid edirəm ki, onlar İngiltərə Kubokunu da qazana biləcək. "City" ilə Çempionlar Liqasının finalında qarşılaşmaq, maraqlı olardı. Qvardiolanın bu mövsüm klubda gördüyü işlər inanılmazdır. O, bütün rekordları qırır. Mənim üçün Pep dünyanın ən yaxşı məşqçilərindən biridir.

Qvardiola birlikdə çalışdığım 4 il müddətində xüsusi futbol göstərərək çoxsaylı titular qazanmışdıq. İndi bu oyunu hər bir komanda göstərmək - topa nəzaərt edərək meydanda ağalıq etmək istəyir. Topa nəzarəti ələ keçirən komanda oyunu da aparır".