"Məqsədimiz Bundesliqa da qalib olmaqdır"


İdman 15 Dek 2017 18:52:00 274 0

"Məqsədimiz Bundesliqa da qalib olmaqdır"

"Sabah bizi daha bir gərgin matç gözləyir. Mən vaxtımın çoxunu rəqibi təhlil etməklə keçirmişəm.

Almaniya Bundesliqasının lideri "Bayern Munich" 17-ci turda "Stuttgart"ın qonağı olacaq. Goal.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında Münhen klubunun baş məşqçisi Yupp Haynkes bunları deyib:

Renato Sanşeşin qayıdacağı ilə bağlı heç bir danışıq olmayıb. Mən düşünürəm, bizim yarımmüdafiə xəttində kifayət qədər oyunçumuz var. Bundesliqa da bizim çox istedadlı və gənc məşqçilərimiz var. Tedesko "Schalke, Hannes "Wolfsburg" və "Stutgart" da əla iş bacardı.

Sven Ulrayx sabah yenidən qapıda olacaq. Komanın yüngül problemi var. Əvvəl o bir neçə dəfə ardıcıl olaraq matçın əvvəlindən sonuna qədər oynamayıb. O düzgün yoldadır. Aryen Robben özünü yaxşı hiss edir, amma o oynamaq üçün 100% hazır olmalıdır. Biz bazar ertəsi gününə qədər gözləyəcəyik. Sonra baxacayıq görək o "Borussia Dortmund"a qarşı oynaya bilər, ya yox. Bizim məqsədimiz Bundesliqa da qalib olmaqdır. Daha sonra Almaniya Kuboku, daha sonra isə Çempionlar Liqası. Biz mərhələ mərhələ yolumuza davam edəcəyik".