İspaniya millisinə dünya çempionatında oynamaq qadağan oluna bilər


İdman 15 Dek 2017 17:44:00 263 0

İspaniya millisinə dünya çempionatında oynamaq qadağan oluna bilər

FİFA İspaniya millisinin 2018-ci il dünya çempionatında iştirakına qadağa qoya bilər. Goal.az "EL Pais"ə istinadən xəbər verir ki, qurum İspaniya hökumətinin futbola müdaxiləsini yolverilməz hesab edir. FİFA İspaniya Futbol federasiyasına məktub göndərərək prezident seçkilərində siyasi dairələrin təsirini aradan qaldırmağa çağırıb və millini gözləyən təhlükəni diqqətə çatdırıb.

Korrupsiyada ittiham olunan Anhel Maria Vilyarın istefasından sonra federasiya prezidentinin səlahiyyətini müvəqqəti olaraq Xuan Padron icra edir.