Batistuta: "Ayaqlarımı amputasiya etdirmək barədə düşünürdüm"


İdman 14 Dek 2017 12:47:00 264 0

Batistuta: "Ayaqlarımı amputasiya etdirmək barədə düşünürdüm"

Argentina futbolunun parlaq simalarından olan Qabriel Batistuta karerasını bitirəndən sonra səhhətində meydana çıxan problemlər haqqında danışıb. Goal.az xəbər verir ki, 48 yaşlı veteran hücumçu bunları deyib:

"Dabanımda güclü ağrılar vardı. Artrodez (red. dabanın bərpası məqsədilə aparılan əməliyyat) düzgün qərar idi. Gəzməkdə çətinlik çəkirdim. İndi artıq əziyyət çəkmirəm. Bəzən yataqdan qalxmaq belə çətin idi. Ağrıkəsici qəbul etməyə məcbur olurdum. Özümü həbsxanadakı kimi hiss edirdim. Beyin hər şeyin öhdəsindən gələ bilər. Lakin fiziki problemlər zamanı iş qəlizləşir. Mən artıq ayaqlarımı amputasiya etdirmək barədə düşünürdüm. Bir dəfə klinikaya gedib həkimlərə dedim ki, ağrılara davam gətirə bilmirəm. Amputasiyanın mümkün olub-olmamasını onlardan xəbər aldım".

Batustuta 2 dəfə Amerika Kubokunun, "Roma"nın heyətində 1 dəfə İtaliya A Seriyasının qalibi olub.