Milli üzvlərinin komandaları Almaniyada məğlub olub


İdman 14 Dek 2017 12:12:00 267 0

Milli üzvlərinin komandaları Almaniyada məğlub olub

Qadın voleybolçular arasında CEV kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Goal.az xəbər verir ki, Azərbaycan klublarının iştirak etmədiyi yarışda yığmamızın üzvləri meydana çıxıblar. Olena Həsənovanın şərəfini qoruduğu “Le Cannet” Almaniyada “Schwerin”in qonağı olub. Qarşılaşma Fransa təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Ev sahibləri yalnız bir setdə məğlubiyyətə üzülüblər – 3:1 (25:22, 16:25, 25:22, 25:22). Həsənova qarşılaşmada 13 xal yığıb.

Millimizin hücumçusu Anastasiya Qurbanovanın çıxış etdiyi Fransanın “Venel” klubu da Almaniya təmsilçisi ilə üz-üzə gəlib. “Dresdner”lə səfərdə baş tutan matç da voleybolçumuzun məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (13:25, 18:25, 20:25). Qurbanova komandasına 11 xal qazandırıb. Hər 2 klub cavab görüşünü yanvarın 9-da keçirəcək.