"Neftçi" 4 futbolçusunu icarəyə göndərəcək


İdman 13 Dek 2017 21:23:00 291 0

"Neftçi" 4 futbolçusunu icarəyə göndərəcək

"Neftçi" klubu qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək.

Goal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüseynzadə jurnalistlərlə söhbətində məlumat verib.

O bildirib ki, müdafiəçilər - Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər - Tərzin Canahgirovla Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.