"El Clasico" murasiyalı hakimə həvalə olundu


İdman 13 Dek 2017 17:45:00 287 0

"El Clasico" murasiyalı hakimə həvalə olundu

Dekabrın 23-də "Barcelona" və "Real" arasında keçiriləcək "El Clasico" üçün təyinatlar açıqlanıb. Goal.az xəbər verir ki, oyunun baş hakimi Xose Mariya Sançez Martinez olacaq. Martinez artıq bir dəfə İspaniya nəhənglərinin qarşıdurmasını idarə edib. Bu, ölkə Superkubokunun cavab oyununa təsadüf edib. Həmin oyunda "Real" evdə 2:0 hesablı qələbə qazanmışdı.

Cari mövsüm La Liqada mursiyalı referi hər iki komandanın 1 oyununda fit sahibi olub. Bu oyunlarda "Real" və "Barcelona"nın qələbəsi qeydə alınıb.

05.11.2017. "Real" - "Las Palmas" - 3:0 (La Liqa, 11-ci tur)

09.23.2017. "Girona" - "Barcelona" - 0:3 (La Liqa, 6-cı tur)