"Shanghai SIPG"ə portuqaliyalı məşqçi


İdman 12 Dek 2017 13:42:00 253 0

"Shanghai SIPG"ə portuqaliyalı məşqçi

2015/16 mövsümündə "Fenerbahçe"ni çalışdıran Vitor Pereyranın yeni iş yeri məlumdur. Goal.az xəbər verir ki, 49 yaşlı mütəxəsis Çinin "Shanghai SIPG" klubuna baş məşqçi təyin olunub. Onunla mövsümün sonuna kimi anlaşma imzalanıb. Pereyra bu postda həmyerlisi Andre Villaş-Boaşı əvəzləyib. Portuqal məşqçi son olaraq 2-ci Bundesliqada mübarizə aparan "Munchen 1860"da işləmişdi.