Donnarumma yenə "Milan"dan getmək istəyir


İdman 12 Dek 2017 13:07:00 221 0

Donnarumma yenə "Milan"dan getmək istəyir

"Milan"ın qapıçısı Canluici Donnarumma yenə seçim qarşısında qalıb. Goal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, onun agenti Mino Rayola klub bosslarından onun müqaviləsini pozmağı istəyib. İtalyan menecer bunu gənc qolkiperin mənəvi sıxıntı çəkməsi ilə izah edib. Məlumata görə, Donnarumma özü rəhbərliyə məktub göndərərək psixoloji təzyiqə məruz qaldığını bildirib. Ona PSG və "Real Madrid" maraq göstərir. Paris klubu artıq Rayola ilə əlaqə də saxlayıb. 

Donnarumma "rossoneri" ilə 2017-ci ilin yayında yeni müqavilə imzalamışdı. Bu anlaşma 2021-ci il iyunun 30-a kimi qüvvədədir.