Maskerano: "Son mövsümlər "Barcelona" üçün əhəmiyyətimi itirmişəm"


İdman 08 Dek 2017 15:27:00 289 0

Maskerano: "Son mövsümlər "Barcelona" üçün əhəmiyyətimi itirmişəm"

"Barcelona"nın müdafiəçisi Xavyer Maskeranonun qışda başqa kluba keçməsi gözlənilir. Goal.az xəbər verir ki, argentinalı futbolçu son vaxtlar meydana çıxmamasından narazılıq edir.

"Bir müddət öncə klub rəhbərliyinə düşdüyüm vəziyyəti danışdım. Bu, kiminsə günahı deyil, reallıqdır. Məlum məsələdir ki, son mövsümlər komanda üçün əhəmiyyətimi itirmişəm. Elə bir yer tapmaq istəyirəm ki, işimdə özümü əhəmiyyətli hiss edim. Hər şeydən əvvəl, məni narahat edən 11 ay ərzində 5 əzələ problemi yaşamağımdır. Fikrimcə, bunun səbəbi müntəzəm meydana çıxmamaqdır. Klub üçün problem olduğumu hiss edəcəyim gün "Barcelona"nı tərk edəcəyəm".

Daha öncə Maskeranonun klub rəhbərliyi qarşısında 7 dekabra kimi ultimatum qoyduğu bildirilirdi. Təcrübəli futbolçunun Çindən əlverişli təklif aldığı qeyd olunur. Onun ABŞ klublarından birinə keçməsi ehtimalı da var.