Millətlər Liqasının təqvimi açıqlandı


İdman 08 Dek 2017 13:21:00 303 0

Millətlər Liqasının təqvimi açıqlandı

UEFA Millətlər Liqasının təqvimini açıqlayıb.

Goal.az xəbər verir ki, gün İsveçrənin Lozanna şəhərində keçirilən İcairyyə Komitəsi iclasında yarışın püşkatma günü və başlama tarixi müəyyən edilib.

Milli komandamızın mübarizə aparacağı D liqasının püşkü növbəti ilin yanvar ayının 18-də atılacaq. Yarışa isə sentyabrda start veriləcək.

Millətlər Liqası - 2018

Püşkatma - 24 yanvar, 2018

1-ci tur - 6-8 sentyabr

2-ci tur - 9-11 sentyabr

3-cü tur - 11-13 oktyabr

4-cü tur - 14-16 oktyabr

5-ci tur - 15-17 noyabr

6-cı tur - 18-20 noyabr

Final mərhələsinin püşkatması - dekabr, 2018

Yarımfinal və final oyunları - 5-9 iyun, 2019