İngiltərədə videotəkrar sistemindən nə vaxt istifadə olunacaq?


İdman 08 Dek 2017 11:27:00 257 0

İngiltərədə videotəkrar sistemindən nə vaxt istifadə olunacaq?

İngiltərə futbolunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq tarix açıqlanıb.

Goal.az xəbər verir ki, britaniyalılar ilk dəfə texnologiyanın köməyindən 2018-ci il yanvarın 6-da yararlanacaqlar.

İngiltərə Kubokunun III mərhələsi çərçivəsində keçiriləcək “Brayton” – “Cristal Palace” görüşündə hakimlər mübahisəli epizodlar zamanı videotəkrara müraciət edəcəklər.

Qeyd edək ki, hazırda sınaq mərhələsində olan VAR sistemindən İtaliya, Almaniya, Portuqaliya və daha bir neçə ölkədə istifadə olunur.