"Tottenham"in futbolçusu agentliklə çalışacaq


İdman 06 Dek 2017 18:18:00 281 0

"Tottenham"in futbolçusu  agentliklə çalışacaq

"Tottenham"in gənc ulduzu Dele Alli yeni menecer kompaniyası ilə anlaşıb. Goal.az xəbər verir ki, Alli "Creative Artists Agency" ilə müqavilə imzalayıb. Bu agentlik əsasən Hollywood simaları ilə çalışır. Onların əməkdaşlıq etdiyi futbol adamları arasında Kriştianu Ronaldo, Harri Keyn, Joze Mourinyo da var. "Creative Artists Agency" Dele Allinin dünya brendləri ilə əlaqələrini qurmağa çalışacaq.

CAA portuqaliyalı menecer Jorje Mendeşin "Gestifute" şirkəti ilə sıx əməkdaşlıq edir. Alli kompaniyadan agent istəməyib. Onun işlərini qardaşı Harri Hikford aparacaq.