Ərəb iş adamı "Milan"ın səhmlərini almaq istəyir


İdman 06 Dek 2017 17:00:00 295 0

Ərəb iş adamı "Milan"ın səhmlərini almaq istəyir

Bir neçə ay öncə Çin konsorsiumunun satın aldığı "Milan"ın sahibi yenidən dəyişə bilər. Goal.az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan Favaz əl-Hokair "rossoneri"nin nəzarət paketinə yiyələnmək istəyir. Əl-Hokair hazırda Milan ətrafında yerləşən Sesto-San-Covanni ərazisinə investisiya yatırıb. Burda "Milan"ın yeni stadionu inşa oluna bilər.

Əl-Hokairin sərvəti 1.23 milyard avrodur. Onun təsis etdiyi "Fawaz Abdulaziz Alhokair" kompaniyası Səudiyyə Ərəbistanında tikinti biznesi ilə məşğuldur.

Qeyd edək ki, "Milan"ın aksiyaları Silvio Berluskoni tərəfindən çinli Yonhonq Linin rəhbərlik etdiyi konsorsiuma satılmışdı.