İngiltərə Futbol Assosasiyası Qvardiolanı cəzalandırmadı


İdman 05 Dek 2017 13:26:00 260 0

İngiltərə Futbol Assosasiyası Qvardiolanı cəzalandırmadı

İngiltərə Futbol Assosasiyası (FA) "Manchester City"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırmayıb. Goal.az xəbər verir ki, "Southampton"la oyundan (2:1) sonra rəqib futbolçu Natan Redmonda etirazını emosional şəkildə bildirmişdi. FA Qvardiolanın bəraətini dinləyərək ona yalnız vəzifə səlahiyyətlərini xatırlatmaqla kifayətlənib.

Qeyd edək ki, katalon mütəxəsis Redmonda vaxtı uzatmaq cəhdinə görə əsəbləşib. Futbolçunun özü onun sözlərinə təhqiramiz bir şey olmadığını bildirib.