"Neymar "Barcelona"da xoşbəxt idi"


İdman 04 Dek 2017 13:48:00 283 0

"Neymar "Barcelona"da xoşbəxt idi"

"Barcelona"nın hücumçusu Luis Suarez sabiq komanda yoldaşı Neymarın "Real"a transfer ehtimalı barədə fikir bildirib. Goal.az xəbər verir ki, uruqvaylı hücumçu bunları deyib:

"Düzü, Neymarı heç cür "Real"da görmürəm. Nemarı tanıyan biri kimi onun Madrid klubuna keçəcəyini düşünmürəm. O, "Barcelona" və komanda yoldaşlarına heyrandır. O, yetkin insandır və atdığı addıma görə özünə hesabat verir. Neymar "Barcelona"da xoşbəxt idi. Əminəm ki, getmək qərarını vermək ona çox ağır olub. Amma bunu qəbul etmək lazımdır. Onu heç bir şeyə görə məzəmmət etmirəm. Bizə qarşı təmiz sevgisinə görə təşəkkür edirəm".