Leonid Slutski istefaya göndərildi


İdman 04 Dek 2017 09:49:00 261 0

Leonid Slutski istefaya göndərildi

Rusiyalı məşqçi Leonid Slutski İngiltərənin “Hull City” futbol komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postunu tərk etməli olub.

Çempionşipdə mübarizə aracan “pələnglər”in 20 turdan sonra 19 xalla 20-ci pillədə qərarlaşması rəhbərliyi qane etməyib.

Qeyd edək ki, L.Slutski yay fasiləsində “Hull City”nin baş məşqçisi təyin olunmuşdu. Onun qarşısına komandanı yenindən Premyer Liqaya çıxarmaq tapşırığı qoyulmuşdu.

Xatırladaq ki, 2009-2016-cı illərdə Moskvanın ÇSKA komandasına rəhbərlik edən L.Slutski bu müddət ərzində üçqat Rusiya çempionu, həmçinin ölkə kubokunun və ölkə superkubokunun ikiqat qalibi olub. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında onun rəhbərliyi altında çıxış edib.